Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,6 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Tokio, 18 mart , /AJMEDIA/

Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 7 milyard 860,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,7 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, iki ayda qaz nəqlinin 45,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 601 milyon kubmetr təbii qaz ixrac edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts