Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi açılıb

Tokio, 8 may , /AJMEDIA/

Mayın 8-də Bakı Fotoqrafiya Evində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş unikal fotosərgi açılıb.
AJMEDIA xəbər verir ki, sərgidə tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkilləri nümayiş olunub.
Sərginin açılışında “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış edərək müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən və xalqına, millətinə, dövlətinə sonsuz sevgisindən danışıblar.
Sərgi mayın 14-dək davam edəcək.
Qeyd edək ki, sərgidə əsərləri nümayiş olunan Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışıb. Mərhum fotoqraflar Yaşar Xəlilov və Oqtay Məmmədov isə uzun müddət AZƏRTAC-ın fotomüxbiri kimi Ulu Öndərin daxili və xarici səfərlərini fotolentin yaddaşına köçürmüşlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts