“Bahar təmizliyi” aksiyası keçirilir

Tokio, 19 mart , /AJMEDIA/

“Coca-Cola” Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” platformasının birgə tərəfdaşlığı ilə Qlobal Təkrar Emal Günü ərəfəsində “Bu bahar ətraf mühiti də təmizləyək” şüarı ilə “Bahar təmizliyi” aksiyası keçirilir.
AJMEDIA nazirliyin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, aksiya çərçivəsində “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən toplama məntəqəsində vətəndaşlardan plastik tullantıların qəbulu həyata keçiriləcək. Qəbul məntəqəsi martın 20-dən 25-dək arasında hər gün saat 11:00-dan 16:00-a kimi fəaliyyət göstərəcək. Aksiyanın sonunda daha çox yığım edən vətəndaşlara həvəsləndirici hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “Qlobal Təkrar Emal Günü” qiymətli ilkin resursların qorunması və planetin gələcəyinin təmin edilməsində təkrar emalın əhəmiyyətinin tanınması məqsədilə 2018-ci ildən qeyd olunur.
Bu il “Qlobal Təkrar Emal Günü”nün mövzusu yaradıcılıq və innovasiyadır.
Təkrar emal təbii sərvətləri mühafizəyə yardım edən dövri iqtisadiyyatın əsas hissəsidir. Prosesdə hər kəs yaradıcı olmalıdır. Təkrar emal oluna bilən yararsız əşyaları onlar üçün ayrılmış təkrar emal qutularına atmaqla kifayətlənməməli, eyni zamanda, onları azaltmaq, yenidən istifadə və təkrar emal etmək üçün yeni yollar tapmalıyıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts