Site icon AJMEDIA Azərbaycanca

Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır

Tokio, 11 oktyabr , /AJMEDIA/

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.

Bu barədə AJMEDIA-ya Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Exit mobile version