“Bəxtiyar” musiqili komediyası növbəti dəfə səhnədə

Tokio, 19 iyun , /AJMEDIA/

Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası növbəti dəfə iyunun 26-da nümayiş olunacaq.
AJMEDIA xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.
Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Tamaşada Bəxtiyar obrazını teatrın gənc və istedadlı solisti Emin Zeynallı, Saşa obrazını isə Nəzrin İsmayılzadə canlandıracaq.
Tamaşa heyətində Əməkdar artist İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Fərid Rzayev, Nigar Qarayeva, Ofeliya Məmmədova, Murad Əliyev, Əli Kərimov, Mehriban Rəcəbova, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları da var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts