Bəşəriyyətin tarixində baş verən ən güclü zəlzələnin izləri aşkar edilib

Tokio, 21 aprel , /AJMEDIA/

Arxeoloqlar 9,5 bal gücündə zəlzələnin baş verməsinə dair dəlillər aşkar ediblər. Bu zəlzələ bəşəriyyət tarixində məlum olan ən güclü zəlzələ olub.
AJMEDIA “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, zəlzələ 8 min kilometr uzunluğunda sunamiyə səbəb olub və insanları 1000 il ərzində yaxınlıqdakı sahil xətlərini tərk etməyə sövq edib.
Zəlzələ təxminən 3800 il bundan əvvəl indiki Şimali Çilinin ərazisində tektonik plitənin qırılması bölgənin sahil xəttinin qaldırdığı zaman baş verib. Ardınca baş verən sunami o qədər güclü olub ki, o, hündürlüyü 20 metrə çatan dalğalara səbəb olub və Yeni Zelandiyaya çatıb. Tədqiqatçılar aşkar ediblər ki, su axını avtomobil ölçüdə olan daşları yüzlərlə kilometr məsafəyə məsəfəyə atıb.
İndiyə qədər qeydə alınmış ən güclü zəlzələ 1960-cı ildə Çilinin cənubunda 9,4-9,6 bal gücündə baş vermiş Valdiviadakı fəlakət hesab edilirdi. Nəticədə 6000-ə qədər insan həlak olub, sunami isə Sakit okeanı bürüyüb. Valdiviyadakı zəlzələyə səbəb olan qırılma çox böyük idi, onun uzunluğu 800 kilometrə çatırdı. Lakin, alimlərin araşdırmada ətraflı təsvir etdiklərinə görə, bu yaxınlarda aşkar edilmiş qədim meqazəlzələ təxminən 1000 kilometr uzunluğundakı qırılma nəticəsində yarandığına görə daha güclü olub.
Nəhəng zəlzələnin sübutlarını dəniz və sahilyanı çöküntülərdə aşkar ediblər: sahilyanı rayonlara xas olan qaya parçaları, çınqıl və qumda. Alimlər Çilidəki Atakama səhrasında çox dərinə atılmış balıqqulaqlarını da tədqiq ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts