Bərdədə şəhid polis Natiq Əliyevin xatirəsi anılıb

Tokio, 6 may , /AJMEDIA/

Bərdədə birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşı Natiq Əliyevin xatirəsi anılıb.
AJMEDIA xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti Şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib, önlərinə gül-çiçək dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiq Əliyevin məzarı önündə onun keçdiyi döyüş yolu xatırlanıb, döyüş yoldaşları şəhidin hünərindən, Vətən sevgisindən danışıblar.
Xatırladaq ki, Natiq Əliyev 1993-cü ildə daxili işlər orqanlarında xidmətə başlayıb. 1994-cü ilin mayın 6-da Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts