Bədii gimnastlarımız İspaniyada dünya kuboku yarışlarında iştirak edəcəklər

Tokio, 18 may , /AJMEDIA/

Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçiriləcək.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.
Turnirdə iştirak etmək məqsədilə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız və fərdi gimnastımız Zöhrə Ağamirova İspaniyaya yola düşüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts