Bədii gimnastımız Arzu Cəlilova İspaniyada gümüş medal qazanıb

Tokio, 15 Noyabr, /AJMEDIA/

Bədii gimnastika üzrə yığma komandamızın üzvü Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

AJMEDIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz beynəlxalq turnirdə bir çox titullu idmançıları üstələyərək gürzlərlə çıxışına görə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

A.Cəlilova çoxnövçülük yarışlarında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts