Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə start verilib

Tokio, 3 may , /AJMEDIA/

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə start verilib.
AJMEDIA xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 9 klubdan 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast qüvvəsini sınayır.
Yarışda idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Milli Gimnastika Arenasının qapıları Bakı birinciliyində də tamaşaçıların üzünə açıq olacaq. Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən son üç yarışda olduğu kimi, gimnastikasevərlər paytaxt birinciliyində də idmançıların həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə ediblər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts