Bədavi Hüseynov “Qarabağ”ın heyətində ölkə çempionatında 200-cü matçına çıxıb

Tokio, 10 noyabr , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının üçüncü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. Otuz bir yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.
AJMEDIA Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, B.Hüseynov Ağdam klubunun heyətində 2012/2013-cü il mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.
Müdafiəçi bir neçə gün əvvəl daha bir yubileyini qeyd edib. XIII tur futbolçunun “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.
B.Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts