Tokio, 5 mart , /AJMEDIA/
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşəbbüsü ilə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb.
AJMEDIA xəbər verir ki, poemanı qırğız dilində ali dərəcəli diktor və qiraət ustası Jıpargül Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejissoru Bektursun Kaldarovdur.
Bir neçə il əvvəl TDSDF-nin sifarişi ilə mərhum şair və tərcüməçi Mukan Asanaliyev əsəri rus, ingilis və qırğız dillərinə tərcümə edib, çap olunaraq pulsuz yayılıb.
“Gülüstan” poemasının qırğız dilindəki audiokitabı “turrktoday.info” portalında dinləyicilərin ixtiyarına verilib. Audiokitabı bu linkdən dinləmək olar: http://turktoday.info/az/gyulistan-poyema-audiokitebi/ .