AzTU-da son 10 ildə tələbə qəbulunda rekord nəticə: plan yeri 97.62 faiz dolub

Tokio, 3 sentyabr , /AJMEDIA/

Son 10 ildə Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə qəbulun nəticələri rekord səviyyədə artıb.
AzTU-dan AJMEDIA-ya bildirilib ki, 2022/2023-cü tədris ili üzrə universitetin plan yeri 97.62 faiz dolub. Bu rəqəm ötən il 78 faiz təşkil edib.
Yüksək ballar üzrə qəbulda da ötən illərlə müqayisədə xeyli artım var. Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-ya qəbul olunan 4 abituriyent 600-dən yuxarı nəticə göstərib. Onlar arasında ən yüksək nəticə göstərən abituriyent 643,7 balla kompüter mühəndisliyi ixtisası üzrə Ankara Universiteti ilə ikili diplom proqramına qəbul olunub. 500-dən yuxarı nəticə göstərənlərin sayı da ötən illərlə müqayisədə dəfələrlə artıb.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts