“AzerGold” ötən il rekord səviyyədə buruqqazma işi icra edib

Tokio, 16 mart , /AJMEDIA/

“AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri geoloji kəşfiyyat və tədqiqat işləridir. Cəmiyyət metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84.4 min metr dərinliyində buruqqazma işi icra edib.
QSC-dən AJMEDIA-ya bildirilib ki, 2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts