Site icon AJMEDIA Azərbaycanca

AZAL Yaxın Şərqdə baş verən hadisələr səbəbilə bir sıra aviareysləri ləğv edib

Tokio, 13 iyun, /AJMEDIA/

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan reysləri ləğv edilib.

AZAL-dan AJMEDIA-ya bildirilib ki, həmin aviareyslər aşağıdakılardır:

• Bakı-Lahor-Bakı

J2 145/146

• Bakı-Mumbai-Bakı

J2 059/060

• Bakı-Dammam-Bakı

J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Exit mobile version