Site icon AJMEDIA Azərbaycanca

AZAL oktyabr ayından Bakıdan Minskə reyslər açır

Tokio, 12 sentyabr , /AJMEDIA/

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

AZAL-dan AJMEDIA-ya bildirilib ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytından – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.

Exit mobile version