Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan çempionatının ən yaxşı oyunçusu seçilib

Tokio, 13 may , /AJMEDIA/

“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.
AJMEDIA Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, A.Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan kuboku yarışlarının ikiqat qalibi adını qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts