Azərbaycanlı şair beynəlxalq mükafata layiq görülüb

Tokio, 1 noyabr , /AJMEDIA/

Azərbaycanlı şair və tərcüməçi Ümid Naccari UNESCO və Beynəlxalq Mədəniyyət Assosiasiyası “The Cafe of Ideas” tərəfindən nüfuzlu “Böyük İskəndə” medalına layiq görülüb.
AJMEDIA xəbər verir ki, Yunanıstanın tarixi Salamina adasında keçirilən tədbirdə Fransa, İspaniya, Rumıniya, Azərbaycan, Kosovo və Yunanıstandan qatılmış nümayəndələr mədəniyyət, insan haqları və sülhməramlı fəaliyyətlərinə görə təltif ediliblər.
Qeyd edək ki, Ümid Nəccarinin əsərləri bugünədək ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Rumıniya, Montenegro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında işıqlandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts