Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi olub

Tokio, 3 oktyabr , /AJMEDIA/

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Acı xatirə” bədii-sənədli filmim ”Beynəlxalq Toronto Film for Peace Film” festivalında ölkəmizi təmsil edərək finala vəsiqə qazanıb. Eyni zamanda, “Edam günü” bədii filmi isə, beynəlxalq festivalda “Ən yaxşı prodüser” kateqoriyaları üzrə qalib oldu.
Bu barədə AJMEDIA-ya filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov məlumat verib.
“Acı xatirə” bədii-sənədli filmi həkimlərlə birlikdə, öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. Filmində rolları Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur”,- deyə C.Qasımov vurğulayıb.
Onun sözlərinə görə, “Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları əks olunub: “Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam. Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Ekran əsərinin quruluşçu operatoru Mehdi Yaqubovdur”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts