Azərbaycanlı kinorejissor Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib

Tokio, 16 avqust , /AJMEDIA/

Azərbaycanlı kinorejissor və prodüser, “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib.
AJMEDIA xəbər verir ki, kinofestival Moskvada keçirilir. Burada 25 ölkədən 65 film təqdim olunacaq. Festivalın mətbuat xidmətindən bildirilib ki, əsas müsabiqə proqramına Avstriya, Böyük Britaniya, İtaliya, Çin, Meksika, Hollandiya, Peru, Portuqaliya, Rusiya və Fransa istehsalı olan filmlər daxildir.
Azərbaycanlı kinorejissor Fariz Əhmədov qısametrajlı filmlər müsabiqəsinin münsiflər heyətinə üzv seçilib. Onunla yanaşı, filmləri rejissor və ssenarist Vladimir Qolovnev (Rusiya), kinematoqrafçı və rəssam Kamilla Rodrigez Triana (Kolumbiya) qiymətləndirəcəklər.
Bu il “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalı səkkizinci dəfə keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts