Azərbaycanla sülh müqaviləsi imzalansa, çox şad olaram – N.Paşinyan

Tokio, 4 may , /AJMEDIA/

İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, çox şad olaram.
AJMEDIA xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən söyləyib.
Müxalifətdən olan deputatın Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişineuda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması barədə sualını cavablandıran baş nazir deyib: “Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir”.
“Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, danışıqları sərbəst aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım – siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacağam”, – deyə Nikol Paşinyan vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts