Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələri müzakirə olunub

Tokio, 18 avqust , /AJMEDIA/

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini, Turizm Departamentinin direktoru Samat Şatmanov arasında işgüzar görüş keçirilib.
AJMEDIA xəbər verir ki, Qırğızıstan Respublikasının yüksəkvəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşdə qurumlar arasında ikitərəfli turizm əlaqələrinin inkişafı və qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda, B2B formatlı görüşlərin keçirilməsi, infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ATAA ilə Qırğızıstanın Turizm Departamenti arasında gələcəkdə də turizm əlaqələrinin genişləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirilməsi qərara alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts