Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Tokio, 24 Noyabr, /AJMEDIA/

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla İslamabad ticarət və sənaye palatasının (ICCI) prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında görüş keçirilib.

AJMEDIA xəbər verir ki, Muhammad Shakeel Munir Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrin inkişafından məmnunluğunu bildirib, palatanın strukturu və fəaliyyəti haqqında məlumat verib, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da artırılmasında ICCI-nin gələcək fəaliyyətindən danışıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan Xəzər Fərhadov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə son aylar ərzində görülən işlər haqqında məlumat verib.

X.Fərhadov Azərbaycanla Pakistan arasında idxal-ixrac məhsullarının potensialından söz açıb, bu istiqamətdə iş adamlarının aktiv rolunun əhəmiyyətini vurğulayıb. Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində, həmçinin iki ölkənin biznes dairələri arasında konkret layihələrin müəyyənləşdirilərək əməli addımlar atılmasının vacibliyini qeyd edib.

Həmçinin görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana göndərdiyi maye qaz tədarükünün əhəmiyyəti qeyd olunub, bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts