Azərbaycanla Özbəkistan arasında avtomobil istehsalı ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Tokio, 1 may , /AJMEDIA/

İqtisadi Zonaların İnkişafı Agentliyi, Maşın və avadanlıq istehsalçıları Assosiasiyası və Özbəkistanın “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında əməkdaşlıq memorandumu imzalanıb.

AJMEDIA-nın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək.

Qeyd edək ki, Özbəkistanın “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov Azərbaycanda səfərdədir. U.Rozukulov səfəri çərçivəsində Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts