Azərbaycanın və Türkiyənin XİN başçıları regionda mövcud vəziyyəti müzakirə ediblər

Tokio, 26 mart , /AJMEDIA/

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya verilən məlumta görə telefon danışığı zamanı nazirlər Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts