Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri regional əməkdaşlığı müzakirə ediblər

Tokio, 17 mart , /AJMEDIA/

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, telefon danışığı zamanı Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts