Azərbaycanın və Pakistanın biznes dairələri arasında əlaqələr inkişaf etdirilir

Tokio, 26 yanvar , /AJMEDIA/

Azərbaycanın və Pakistanın biznes dairələri arasında əlaqələr inkişaf etdirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AJMEDIA-ya bildirilib ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb.
Görüşdə Azərbaycanın və Pakistanın biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üzrə birgə təşəbbüslərin dəstəkləndiyi qeyd edilib. Həmçinin sahibkarların qarşılıqlı işgüzar missiyalar və sərgilər çərçivəsində bir araya gətirilməsinə dair fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts