Azərbaycanın U-16 komandası latviyalı həmyaşıdlarına 3 cavabsız qolla qalib gəlib

Tokio, 26 may , /AJMEDIA/

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
AJMEDIA xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.
Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.
Komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts