Azərbaycanın turizm potensialını artırmaq üçün hədəflər açıqlanıb

Tokio, 22 dekabr , /AJMEDIA/

Azərbaycanın turizm potensialının cəlbediciliyini artırmaq üçün əsasən – keyfiyyətli kadrların hazırlanmasını, yerlərdə düzgün təlimlərin və maarifləndirmə işlərin aparılmasını, bazarı araşdırıb ondan sonra otellərin açılmasını (məqsədə uyqun), bütün turizmlə əlaqəli sahibkarların keyfiyyət və xidmət standartlarının yüksəltməsini və sair hədəfləri müəyyənləşdirmək lazımdır. Hava limanından, yəni ölkəyə girişdən artıq turistin həmin ölkə haqqında təsəvvürü yaranır. Bu o deməkdir ki, hər bir vətəndaşın üzərinə iş düşür.
Bu barədə açıqlama verən Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib ki, nəqliyyat vasitəsindən, bələdçisindən, oteldə qəbul şöbəsindən, restorandaki ofisiantdan, mağaza satıcısından tutmuş hər kəs ölkəni təmsil edir və gələn qonaqda təəssürat yaradır: “Sadəcə otel, turizm şirkəti və bələdçi deyil, sadaladığım hər kəs əl birliyi ilə çalışarsa Azərbaycanda turizm inkişafı daha da yüksələr. Əsasən də regionlarda infrastruktur işləri görülməlidir. Turist sadəcə ölkəyə oteldə qalmağa gəlmir, həm də özü ilə təəssürat aparmaq istəyir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts