Azərbaycanın Turizm potensialı Yaponiyada təbliğ edilir

Tokio, 15 dekabr , /AJMEDIA/

Dekabrın 14-də Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib.
AJMEDIA xəbər verir ki, beş yerli tərəfdaşın və ATB-nin əməkdaşlarının iştirak etdiyi seminar təkbətək görüşlərlə başlayıb. Sonra ölkəmizin turiizm potensialı və müxtəlif turizm məhsulları iştirakçılara təqdim edilib. Təqdimatlarda ATB, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Paşa Travel, Vahid Azərbaycan Turizm Agentliyi və ENC Tours şirkətlərinin nümayəndələri yapon qonaqlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat veriblər.
Seminardan sonra Azərbaycanın mədəniyyətinin təbliğ edilməsi məqsədilə qala gecəsi təşkil edilib. Gecədə salamlama çıxışı edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə car ildə İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb Qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurublar.
Gecədə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yapon turizm şirkətlərinin nümayəndələrini Tokioda salamlamaqdan məmnun olduğunu bildirib. Son iki gündə keçirilən tədbirlərin iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Gecədə dünyaca məşhur pianoçu İsfar Sarabski, o cümlədən tanınmış tarzən, Azərbaycanın əməkdar artisti Şəhriyar Qəribov öz triosu ilə çıxış ediblər.
Nümayəndə heyətinin Yaponiya səfəri davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts