Azərbaycanın Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiq edilib – FƏRMAN

Tokio, 22 iyun , /AJMEDIA/

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
AJMEDIA xəbər verir ki, Fərmana əsasən, Saziş təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts