Azərbaycanın şahmat üzrə qadınlardan ibarət komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb

Tokio, 16 Noyabr, /AJMEDIA/

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandası növbəti qələbəsini qazanıb.

AJMEDIA xəbər verir ki, turnirin dördüncü turunda şahmatçılarımız Almaniya yığması üzərində 3:1 hesablı qələbə qazanıblar. Hazırda komandamız 6 xalla turnir cədvəlində 3-7-ci yerləri bölüşür.

Qeyd edək ki, turnirin dördüncü turunda kişi şahmatçılarımızın Macarıstan komandası ilə qarşılaşmasında bərabərlik qeydə alınıb (2:2).

Kişi şahmatçılarımız 4 turun yekunlarına görə, 7 xalla turnir cədvəlində liderlər qrupunda yer alıb.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts