Azərbaycanın iki boksçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Tokio, 4 may , /AJMEDIA/

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir. Yarışın dördüncü günündə – mayın 4-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
AJMEDIA Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yığmamızın üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. T.Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək.
Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz səkkizdəbir final mərhələsinə yüksəlib. O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı çempionat mayın 14-də bitəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts