Azərbaycanın Baş naziri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb

Tokio, 13 mart , /AJMEDIA/

Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə, eyni zamanda, digər aktual mövzular ətrafında müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts