Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Tokio, 9 dekabr , /AJMEDIA/

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov Sabir (58 kq, K44) və Xəlilov İmaməddin (70 kq, K44) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Qran-Pridə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.
Bu barədə AJMEDIA-ya Milli Paralimpiya Komitəsindən məlumat verilib. Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts