Azərbaycanda qeyri-neft ixracı ilk 10 ayda 42 faiz artıb

Tokio, 7 Noyabr, /AJMEDIA/

“İxrac icmalı”nın noyabr nömrəsinə əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,05 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə AJMEDIA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607.2 mln. ABŞ dolları və ya 42 faiz artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 mln. ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4 faiz təşkil etməklə 244,6 mln. ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts