Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Tokio, 21 yanvar , /AJMEDIA/

2022-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.
AJMEDIA Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2021-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 25,6 faiz artıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə çox olub, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 35,2 faiz azalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts