Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçiriləcək

Tokio, 1 mart , /AJMEDIA/

Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AJMEDIA-ya bildiriblər ki, müsabiqə Rusiya Maarif Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin ölkəmizdə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.
Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq.
“Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts