Azərbaycana yay gəldi

Tokio, 21 iyun , /AJMEDIA/

İyunun 21-i Bakı vaxtı ilə saat 13:13-də Azərbaycana yay fəsli daxil olub.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AJMEDIA-ya bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə müşahidə edilir. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts