Azərbaycan Yaponiya ilə ali audit qurumları arasında təcrübə mübadiləsi imkanlarını müzakirə edib

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və nümayəndə heyəti ilə görüşüb.

Palatanın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, səfir Vada Cüniçi iki ölkənin Ali Audit Qurumları (AAQ) arasında əməkdaşlığı yüksək qiymətləndirib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü ilə bağlı səfiri və səfirliyin əməkdaşlarını təbrik edib. O, Hesablama Palatasının fəaliyyəti, strukturu barədə məlumat verərək, INTOSAI və ASOSAI çərçivəsində iki ölkənin AAQ-ı arasında mövcud əlaqələrdən bəhs edib, yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində iki ölkənin AAQ-ları arasında gələcək bilik və təcrübə mübadiləsi imkanları barədə də müzakirələr aparılıb.

Vüqar Gülməmmədov Hesablama Palatasının ASOSAI-ın Audit Komitəsinə üzv seçilməsi barədə məlumat verib və ASOSAI təşkilatında qabaqcıl AAQ-lardan biri kimi, eləcə də ASOSAI-ın Təlim Administratoru olan Yaponiya Audit Şurası ilə əməkdaşlığın yeni səviyyədə daha da inkişaf etdirilməsi və gücləndirilməsi zərurətini qeyd edərək Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Yaponiya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ-ı arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts