Azərbaycan və Türkiyənin Metrologiya institutları arasında Anlaşma Memorandumu imzalanıb

Tokio, 4 oktyabr , /AJMEDIA/

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK ÜME) ilə Anlaşma Memorandumu imzalayıb.
Dövlət xidmətindən AJMEDIA-ya bildirilib ki, sənədə əsasən, tərəflər səmərəliliyin artırılması üçün milli etalonların inkişafı və yenilənməsi, dövlət etalonlarının qorunması istiqamətində birgə tədqiqat fəaliyyəti, müxtəlif növ ölçmələr üçün yeni metodologiyaların hazırlanması, sahə üzrə ekspert və məsləhətçilərin cəlb edilməsi istiqamətində birgə layihələr həyata keçirəcəklər.
İşgüzar görüş çərçivəsində TÜBİTAK ÜME-nin rəhbəri Mustafa Çetintaş AzMİ-nin ölçmə laboratoriyaları və dövlət etalon saxlayıcıları ilə tanış olub, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi və keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bildirib.
Mustafa Çetintaş, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.
Görüşdə AzMİ-də yeni laboratoriyaların yaradılması, mövcud etalon laboratoriyalarının təkmilləşdirilməsi və imzalanan Memorandum çərçivəsində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts