Azərbaycan və Türkiyə universitetləri birgə konfranslar keçirəcək

Tokio, 27 yanvar , /AJMEDIA/

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin Boğaziçi Universiteti ilə birgə beynəlxalq konfranslar keçirəcək. Konfranslar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Boğaziçi Universitetinin 160 illiyinə həsr ediləcək.
AJMEDIA xəbər verir ki, bu barədə AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyədə Boğaziçi Universitetində rektor Mehmet Naci İnci və universitetin nümayəndə heyəti ilə görüş zamanı razılıq əldə olunub.
Görüşdə informasiya texnologiyaları və iqtisadi sahələrdə tədqiqatların həyata keçirilməsi müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts