Azərbaycan və Türkiyə alimlərinin birgə beynəlxalq qrant müsabiqəsinə layihə qəbulu davam edir

Tokio, 3 Noyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərinin elmi-tədqiqat layihələri qəbul olunur.

Bu barədə AJMEDIA-ya Elmin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, layihələrin qəbulu noyabrın 5-dək davam edəcək. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır. İkinci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ və nəzəri xarakterli layihələr maliyyələşdiriləcək.

Layihələr müsabiqəyə təqdim olunduğu gündən etibarən araşdırılacaq və nəticələri barədə iştirakçılara elektron qaydada məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts