Azərbaycan və Qazaxıstan universitetləri arasında birgə tədrisin təşkili üçün potensial imkanlar var

Tokio, 5 avqust , /AJMEDIA/

Azərbaycan Texniki və Qazaxıstanın Atırau Neft və Qaz universitetləri arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizika istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanlar nəzərdən keçiriləcək.
Bu barədə Qazaxıstan universitetinin rektoru Gülzadə Şakulikovanın AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşündə danışılıb.
AzTU-dan AJMEDIA-ya bildirilib ki, söhbət zamanı Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts