Azərbaycan və Özbəkistan arasında məktəbəqədər təhsil sahəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Tokio, 17 noyabr , /AJMEDIA/

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Özbəkistana səfəri çərçivəsində bu ölkənin məktəbəqədər təhsil naziri Aqrippina Şinlə görüşüb.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, tərəflər məktəbəqədər təhsil sahəsi üzrə təcrübə mübadiləsi və mümkün əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.
Nazir Emin Əmrullayev, həmçinin “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransı çərçivəsində Dünya Bankının erkən uşaqlıq inkişafı üzrə qlobal rəhbəri Amanda Devercelli ilə görüşüb. Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Emin Əmrullayevin Özbəkistana səfəri bu gün başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts