Azərbaycan üzgüçüsü gənclər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb

Tokio, 6 iyul , /AJMEDIA/

Rumıniyanın paytaxtı Buxarestdə üzgüçülük üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, yarışda ölkəmizi 3 idmançı – milli komandanın üzvləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edir.
Yarışın birinci günündə R.Vəlizadə 200 metr batterflyay üsulunda əvvəlcə yarımfinala, sonra isə finala vəsiqə qazanıb.
Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov R.Vəlizadənin bu yarışda yüksək nəticə qazanmaq şansının böyük olduğunu bildirib.
“Ramil Vəlizadə finala özünün ən yaxşı göstəricisi ilə vəsiqə qazanıb. O yarımfınalda üçüncü olub. Hesab edirəm ki, finalda idmançımız var qüvvəsi ilə medal uğrunda mübarizə aparacaq və yaxşı nəticə göstərəcək”, – deyə millinin baş məşqçisi əlavə edib.
Qeyd edək ki, bu gün R.Vəlizadə finalda gücünü sınayacaq. Digər üzgüçülərimiz isə də bu gün mübarizəyə qatılacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts