Azərbaycan Stronqmen Federasiyasının prezidenti məktəblilərlə görüşüb

Tokio, 5 mart , /AJMEDIA/

Azərbaycan Stronqmen Federasiyasının prezidenti, Beynəlxalq Stronqmen Federasiyasının vitse-prezidenti Bəxtiyar Quliyev məzunu olduğu Həbibbəy Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseydə görüş olub.
AJMEDIA xəbər verir ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirdə şagirdlərlə yanaşı, təhsil müəssisəsinin idmançı məzunları da iştirak ediblər.
Bəxtiyar Quliyev Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışaraq deyib ki, ölkəmizdə bu əlamətdar günün martın 5-də qeyd olunması təsadüfi deyil. Belə ki, 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir və hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Karyerası ərzində qazandığı uğurlardan danışan B.Quliyev iştirakçıları idmanla məşğul olmağa çağırıb, pis vərdişlərdən uzaq olmaqla asudə vaxtlarının səmərəli təşkili üçün bədən tərbiyəsinin əhəmiyyətini qeyd edib.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən federasiya rəsmisi sonda iştirakçıların suallarını cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts