Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirində liderliyini davam etdirir

Tokio, 12 yanvar, /AJMEDIA/

Çexiyada şahmat üzrə “Praqa Open-2022” turnirində Azərbaycan təmsilçisi Azər Mirzəyev uğurlu çıxışını davam etdirir.

AJMEDIA xəbər verir ki, təmsilçimiz növbəti – 6-cı turda yarışın liderlərindən biri olan Niderland təmsilçisi Artur Pijperslə xalı yarı bölüb. Hər iki şahmatçının aktivində 5,5 xal var. Azər Mirzəyev əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts