“Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələri” monoqrafiyası nəşr olunub

Tokio, 20 may , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələri” monoqrafiyası nəşr olunub.
Bu barədə AJMEDIA-ya Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Fərəh Hüseyn və Ramil Ağayevdir.
Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Türküstan xanlıqları ilə hərbi-siyasi əlaqələri tədqiq olunub. Əsərdə XVI əsrin əvvəllərində Səfəvi-Şeybani qarşıdurmasını doğuran səbəblər, I Şah İsmayıl və varisləri dövründə Səfəvi-Şeybani münasibətləri, tərəflər arasında elçi mübadiləsi, eləcə də hərbi qarşıdurma, baş verən əsaslı döyüşlər barədə məlumat verilib. Bununla yanaşı, monoqrafiyada Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları (Buxara və Xivə) ilə siyasi əlaqələri ilk dəfə ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edilərək hərtərəfli tədqiq edilib. Əsərdə Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələr tarixinə dair zəngin faktiki material verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts