Azərbaycan Prezidenti: Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları üçün bütün güclər səfərbər olunub

Tokio, 4 may , /AJMEDIA/

Qarşıda duran digər vəzifə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib.
AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
“Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, görüləcək işlər çoxdur. Keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə yaxın zamanlarda icra olunacaq, digər layihələrə də mütləq başlamaq lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts